Və biz

Posted: 13 Nisan 2014 in Uncategorized

 

Başlanğıcımızın bir sperm və yumurtalıq birləşməsindən əmələ gəldiyi kimi, sonumuzun da hara və necə gedəciyini bilirik: “bir neçə metr ağ kəfən, bağlanmış əl və ayaqlar və nəhayətində anal dəliyimizə keçirilmiş bir ovuc pambıq ilə soyuq və 135 sm dərinlikli qaranlıq, kimsəsiz qəbir”. Arxamızdan ağlayan bir neçə göz, bir az fəryad səsi, məcburi oxunmuş dualar və qiyməti heç də az olmayan məzar daşı: “burda mən çürüyürəm” işarəsini andıran rəsmi sənəd.

Insan övladı, səhvlərinin nəticəsində peşmançılıq çəkən zavallı, uğurlarının nəticəsində qürurlanan qəhrəman. Lazım olduğunda ən təmiz, çıxmaza düşdüyündə ikiüzlü və nankor yaradılış zərrəsi. Yaşamımızı isdədiyimiz kimi şəkilləndirmək üçün bəzən kimsələri əzən, bəzən kimsələrin naməhrəmini yalayan, bəzən də həqiqətən insanlığımızı xatırlayan varlıqlar.

Insanlıq dedim də, insanlığın nə olduğunu unutmuşammı deyə özüm özümə düşünməyə başladım. Nə idi axı insanlıq? – axrıncı dəfə nə zaman insanlıq etdim, ya da axrıncı dəfə kimdən insanlıq gördüm?

Düşünməyim çox zaman aldı. Çevrəmdəki insanlardan başladım axdarışa. Çevrəmin zəngiliyi axdarışımı daha da zənginləşdirdi. Insanlığı axdararkən çoxluq içindəki poxluğu aşkarladım öncə. Reallıqla qarşılaşmaq çox vaxd çətin olur amma əlbətdəki davam etdim.

Arxadan sancılan bıçaqların hər zaman bir səbəbi olur məntiqi ilə araşdırdım. Ilkin suallarımı yerdə sürünən hədəfə deyil, arxadan ən yaxın dosd simasında bıçağı sancan caniyə verdim. Danışdı, anlatdı səbəbini və qəribəsi də odur ki, arxasında buraxdığı o qədər düşmüş insanların günahkarı olan cani tam səmimiyəti və insanlığını ortaya tökərək danışdı. Belələrini dinləmək çox fərqli oldu. Mənim dinlədiyimi gördükcə o daha çox anlatmaq isdəyirdi. Hər kəsin gözündə el dili ilə desək “ən possledni adam” heç demə dinlənməyə ehtiyacı olan zavallı imiş. Anladım ki, o da insan imiş, onun da içinə dolduğu deyəcəkləri varmış. Və çevrəsindəkilər onun simasındakı zəhrimarı gördüklərində önyarqı duyğusu ilə insan deyil “peçatını” yapışdırıblar. Adam etdiklərində qismən haqqlı. əzib keçdiyi insanlar elə əzilməliymiş. Mən olsaydım daha betərini edərdim deyib araşdırmama davam etməyi qərara aldım.

Önəmli olan sadəcə insanlığımızın xəyal və ümidlərinin qırılmağı, ya da dosd dediklərimizin kürəyimizdən bıçaq saplamağı deyil.

Hal-hazırda əlində siqaret kötüyü, cibində bıçağı, ağzının kəliməsinin hər ikisindən biri ana-bacı söyüşü və keçən zənən xeylağına atılan üfunət, sperm və iyrənclik qoxulu sözlər. Təəssüflər olsun ki, bu düşüncəsizlik ya da onların dili ilə desək bu modernlik xəsdəliyinin virusu çoxunun qanına bulaşıb artıq. Sanki bu hərəkətlə çevrənin gözündə “krutoy qaqaş” statusuna qalxırlar. Ancaq belələrinin unutduğu tək bir şey  isə bu gün başqalarının zənən cinsinə atıqları sözlər və axıtdıqları ağız suları, eyni zaman mövhümündə elə eyni şəhərin fərqli küçəsində onların qeyrətlərinin üzərinə yağdırılır. Türklərin “ağlı uçkurunda” ifadəsi tam bu cür insanları təsvir edir. Məsuliyyətin nə olduğunu bilməyən, günlərini axşam olsa da yatsaq, səhər olsa da dursaq məntiqi ilə yaşayan bu səfillər bizim gələcəyimizdir, ölkəmizin gələcəyidir. Bu cür gələcəklə hara qədər gedə biləcəyimizə şüphə ilə yanaşmamaq əlimdə deyil.

Savadsızlığın, tərbiyəsizliyin ilkin toxumları. Zənnimcə bu toxumları ilk olaraq valideynlər əkir. Hər halda körpənin beyni ağ vərəqdir, nə yazsan ona görə davam edərlər ideologiyası elə valideynlərdən gəlib. Bəs bunu bilərək niyə övladlarının ağ vərəqlərini bilərəkdən cızma qara edirlər. Bu suallarıma cavab vermək üçün yönlənəcəyim isdiqaməti düşünərkən, metro qarşısında sadəcə bir karton kağız üzərinə uzanmış ortalama 60 yaşlarında bir şəxsi gördüm: “pul dilənirdi”. Bir anlıq izləməyə başladım. Bəlkə də zamanında ən namuslu, nüfuzlu və hörmətli insanlardan biri olub. Bəlkə də elə zamanının ən “possledni” insanı. Bir neçə dəqiqə nəzarət etdikdən sonra, arxa tərəflərdən yaxınlaşan qapalı bir xanımın ona necə də iyrənc dolu baxışlarla baxdığını gördüm. Yaşlının qarşısındakı və qamarlayıb altında gizlətməyə çalışdığı pulları aldı, qulağına dediyi sözlərdən sonra yenidən uzaqlaşdı. Yolun digər tərəfində isə, qucağında körpə ilə dolanan digər bir qapalı qadın. Bu uşaqların aqibətinin necə olduğunu isə artıq düşünürəm ki, dəfələrlə gündəmə gətiriblər, baxmayaraq ki, müsbət nəticə hələki yoxudur. Bu görüntülərdən sonra, bu həyat şəklinin əsl günahkarının kimliyi haqqında mühakiməmi sonlandırdım. O yaşlı, yoxsa o xanım və ya da qucağındakı körpəyə olmazın əziyyətlərini edərək susduran qadın. Bir anlıq öz ailəmi xatırladım. Həqiqətən də ailə mövhumu insan psixologiyasında və şəxsiyyətin formalaşmasında çox böyük rol oynayır. Olmur, alınmır, bacarmıram kimi sızlanmalar və “yedirdim, geyindirdim cəhənnəm olsun özünə gün ağlasın” kimi deyimlər isə sadəcə bəhanədir.

Və biz. Bütün bu sətirlərdəki biz, hansı ki, “öz gözündə tiri görməyib, özgələrdə qıl axdarırıq”. Bizliyimizi saxlamaq üçün daxilimizdəki insanlığımızın tərbiyəsindən başlasaq nəticə daha verimli olar, ən azından mən belə düşünürəm. Çevrədə gördüklərimizə səbəbini bilmədən bir qulp qoşmaqdan önce, özümüzü aynadakı yansımamızdakı qulplarımızdan təmizləsək ….

və artıq bir qədər susma haqqı tələb edirəm, hələki təmizlənəcək çox qulpum var.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s